SOSİUM

07 Aprel

Direktor: “ÜST bu il pandemiyanın başa çatdığını elan edəcək”

Koronavirusun kəskin mərhələsi başa çatır və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) böyük ehtimal ki, bu il pandemiyanın başa çatdığını elan edəcək.

Bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze "Rustavi 2" telekanalına açıqlamasında deyib.

O bildirib ki, bu gün dünyada pandemiya elan ediləndən sonrakı iki il ərzində ilk dəfə olaraq Gürcüstanda xəstəlikdən ölüm halı qeydə alınmayıb.

“Bu gün 2020-ci ilin sentyabrından bəri ilk gündür ki, bizdə koronavirusdan ölüm nisbəti sıfırdır. Bu çox vacibdir. Dünyanın bütün əsas beynəlxalq təşkilatlarının proqnozlarına görə, bu sabitləşmə davam etməlidir. Pandemiyanın tam başa çatdığı ÜST tərəfindən elan edilməyib, lakin strateji sənəddə qeyd edildiyi kimi, onun kəskin mərhələsi başa çatmaq üzrədir. Çox güman ki, bu virusun biologiyasında qeyri-adi bir hal baş verməsə, ÜST bu il ərzində pandemiyanın başa çatdığını elan edəcək", - Amiran Qamkrelidze qeyd edib.