SOSİUM

05 Aprel

“Henley & Partners Visa Restrictions Index” reytinqində Azərbaycan bir mövqe itirib

Azərbaycan yenilənmiş “Henley Partners Visa Restrictions Index” reytinqində 75-ci yerdə qərarlaşıb.

Bu barədə “Henley Partners”in məlumatında qeyd edilir.

Yanvar reytinqində Azərbaycan 74-cü yerdə olub. “Henley Partners” şirkətinin viza məhdudiyyətləri üzrə indeksi (Visa Restrictions Index) dünyanın 200-dən çox ölkəsinin və ərazilərin viza tələblərini analiz edir.

“Digər ölkələrin mpvqelərində dəyişiklikər səbəbidən Azərbaycan 74-cü yerdən 75-ci yerə enib. Hesabat dövrü ərzində ölkə vizasız səfərlər haqqında müqavilələr imzalamayıb. Azərbaycan vətəndaşları dünyanın 69 ölkəsinə vizasız səfərlər edə bilərlər”, - ikinci rüb üçün İndeksin məlumatında deyilir.

“Henley Partners” qeyd edir ki, Sinqapur və Yaponiya birinci yeri bölüşür (192 vizasız istiqamət), Almaniya və Cənubi Koreya ikinci yeri bölüşür (190 vizasız istiqamət).