SOSİUM

16 Mart

Deputat Şahin Seyidzadə mandatından imtina edir

Milli Məclisin deputatı Şahin Seyidzadə deputat mandatından imtina etməsi ilə bağlı ərizə yazıb.

Ş.Seyidzadənin mandatından imtina ilə bağlı ərizəsi Mərkəzi Seçki Komissiyasına (MSK) göndərilib.

Ərizəyə yaxın günlərdə MSK tərəfindən baxılması gözlənilir.

Qeyd edək ki, bu il martın 3-də Şahin Kamil oğlu Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.

Xatrladaq ki, sabah MSK-nın iclasının keçirilməsi nəzərdə tutulur.