SOSİUM

16 Mart

Toylara dair icazələrin sayı açıqlanıb

Şənlik mərasimlərinin keçirilməsi üçün icazələrin verilməsi məqsədilə icaze.e-gov.az portalı Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən 26 iyun 2021-ci il tarixindən etibarən aktivləşdirilib.

Bu barədə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) ötən illə bağlı hesabatında bildirilib.

Qeyd edilib ki, ümumilikdə, 2021-ci il ərzində portal üzərindən 1120 şadlıq sarayı, 50 minə yaxın tədbir, 6,2 milyondan çox qonaq qeydiyyatdan keçirilib.

Hazırda portal üzərindən 1192 şadlıq sarayı, 63,8 minə yaxın tədbir, 8 milyondan çox qonaq qeydiyyatdan keçirilib.