SOSİUM

15 Mart

Azərbaycanda daha bir özəl klinika vətəndaşlara - Pulsuz Xidmət Göstərəcək

Bakıda fəaliyyət göstərən “Dünyagöz” xəstəxanası icbari tibbi sığorta çərçivəsində bəzi tibbi xidmətlər üzrə vətəndaşlara pulsuz xidmət göstərəcək.

Xəstəxana xidmətlər zərfinə daxil olan, dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibbi xidmətlərin göstərilməsi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqavilə bağlayıb.

Qeyd edək ki, vətəndaşlar “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisəsi tərəfindən verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır. Bu halda müvafiq tibbi xidmətin dəyərini müqaviləli tibb müəssisəsinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ödəyir.

Vətəndaşlar TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi almadan birbaşa müqaviləli tibb müəssisəsinə müraciət edərsə, tibbi xidmətin dəyərini tam həcmdə öz vəsaiti hesabına ödəməlidir. (Report)