Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 53 yeni yoluxma faktı qeydə alınıb,168 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 790 820 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 779 585 nəfər müalicə olunaraq sağalıb, 9 618 nəfər vəfat
edib. Aktiv xəstə sayı isə 1 617 nəfərdir.
Ölkədə son sutka ərzində 2 437, hazırkı dövrədək isə 6 635 319 test aparılıb.