"Qulluq stajına görə pensiyaçılara verilən aylıq 10 faiz maddi yardım pensiya artımı deyil".
Fins.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Zəka Mirzəyev "Sosial saat"da deyib.
O bildirib ki, bunun artım olması üçün vaxtilə xidmət keçdikləri dövrdə almış olduqları ödəmələrə daxil olan vəzifə maaşları, vəzifə maaşlarına əlavələrdə artım olmalıdır:
"Bu artım son dövrlərdə baş vermədiyi üçün, onların əmək pensiyalarında artım aparılması mümkün olmadı və Dövlət başçısı tərəfindən verilən sərəncamla maddi yardım adlandırıldı" - o deyib.