SOSİUM

11 Mart

Əksər qurumlar I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödənişlə bağlı siyahını təqdim edib

1991-1997-ci illərdə xidmətdə olarkən xəsarət almış şəxslərə birdəfəlik yardımın verilməsi ilə bağlı əksər qurumlar artıq siyahıları təqdim edib.

Fins.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Zəka Mirzəyev "Sosial saat"da deyib.

Onun sözlərinə görə, bu siyahılar əsasında emal prosesi başa çatdırılmalıdır.

“Bundan sonra ödənişlər proaktiv qaydada həyata keçiriləcək. Siyahılar daha tez müddətdə çatdırılsa, ödənişlərə tez bir müddətdə başlanıla bilər. Vətəndaşların müraciətinə ehtiyac yoxdur. Onların əlillikləri ilə bağlı məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin altsistemlərində var. Onlarla bağlı məlumatları həmin dövrdə xidmət etdikləri qurumlardan alırıq”, - Zəka Mirzəyev vurğulayıb.