“Dünən biz 1 tondan çox tibbi ləvazimatı Səhiyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın müxtəlif xəstəxanalarına bağışladıq”.
Bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik "Twitter"də bildirib.
“Çünki İsrail və Azərbaycan dostdur və biz bir-birimiz üçün ən yaxşısını istəyirik", - diplomat qeyd edib.
Səfir bildirib ki, İsrail-Azərbaycan tərəfdaşlığı inkişaf etməkdə davam edir: “Xatırlayırıq ki, həyat tərzimizi yaxşılaşdırdıqca ilk olaraq, həyatın qayğısına qalmalıyıq. İsrail ictimai səhiyyədə - pandemiyalarla mübarizədə və insanların rifahının yaxşılaşdırılmasında dünya lideridir. Biz dostlarımızla birlikdə işləməyə hər zaman hazırıq. Çünki hamımızın anaları, ataları, övladları var və onlar ən yaxşısına layiqdirlər”.
O, Azərbaycan xalqının onlar üçün önəmli olduğunu vurğulayıb: “Çünki biz dostuq və bir-birimizin qayğısına qalırıq. Bu gün mən məmnuniyyətlə bildirmək istəyirəm ki, Səhiyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində biz İsraildən 1 tondan çox tibbi avadanlıq bağışlayırıq. Bu, sizə, dostlarımıza, Azərbaycan xalqına xidmət etmək üçün ölkədəki bir sıra xəstəxanalara paylanılacaq. Sizə və ailənizə hər zaman sağlam olmağı arzu edirik”.