SOSİUM

10 Mart

“McDonald’s” Rusiyada 850 restoranın bağlanmasının ona neçəyə başa gəldiyini - AÇIQLADI

“McDonald’s” restoranlar şəbəkəsi Rusiyada 850 müəssisənin bağlanmasının ona ayda təxminən 50 milyon dollara başa gəldiyini açıqlayıb.

Fins.az Banker.az-a istinadən xəbər verir ki,  “Bu, bizim kimi qlobal korporasiya üçün həqiqətən mürəkkəb və çaşqın bir vəziyyətdir”, – deyə şirkətin maliyyə direktoru Kevin Ozan söyləyib. O vurğulayıb ki, “McDonald’s” Rusiyadakı işçilərinə maaş verməyə davam edəcək.

Xatırladaq ki, martın 8-i baş direktor Kris Kempçinski Rusiyada 850 müəssisənin müvəqqəti bağlandığını elan etmişdi. Qərar Ukraynada hərbi əməliyyatla əlaqədar qəbul edilmişdi. Şirkət restoranlarının nə qədər müddətə bağlandığını açıqlamır.