SOSİUM

09 Mart

Karantin rejiminin pozulmasına görə cəzalananların sayı məlum olub

Pandemiya dövründə (2020-ci il 14 mart- 2022-ci il 1 yanvar) xüsusi karantin rejiminin tələblərinin pozulması faktlarına görə 748,5 min şəxs barəsində inzibati məsuliyyət tədbirləri görülüb.

Bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında qeyd olunub.

Bildirilib ki, onlardan 747,2 min nəfəri cərimələnib (tibbi maskadan istifadə etmədiklərinə görə 497 min nəfər), 1 286 nəfəri isə həbs edilib. İctimai iaşə obyektləri üçün müəyyən olunan iş rejimini pozan 482 şəxsə xəbərdarlıq edilib.

Bundan başqa, xüsusi karantin rejiminin tələblərini pozmaqla fəaliyyət göstərən 4,2 min obyektin, qapalı məkanda fərdi qoruyucu vasitələrdən istifadə edilmədiyinə görə 805 obyektin sahibləri barədə inzibati məsuliyyət tədbirləri tətbiq olunub.