Keçən il hərbi qulluqçuların mənzillə təmin olunması ilə bağlı xərclər üçün 35 mln. manat vəsait ayrılıb.
Bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatına əksini tapıb.
Hesabata əsasən, həmin vəsait hesabına Bakı şəhərində 470 ədəd və Naxçıvan Muxtar Respublikasının ərazisindən 10 ədəd olmaqla, cəmi 480 ədəd tam təmirli mənzil alınıb və hərbi qulluqçuların mülkiyyətinə verilməsi rəsmiləşdirilib.