Soliton Sayım üzrə mütəxəssis vəzifəsinə işçi axtarır.
Vəzifə ödəlikləri:
- Sayım keçirilmiş mağazalarda anbar tərəfindən göndərilən sənədlərin və mağaza tərəfindən işlənilən sənədlərin qarşılaşdırılmasını icra etmək;
- Aşkar olunmuş kənarlaşmaları depo və mağaza tərəfindən araşdırmaq;
- Mağazalar üzrə mövcud mal və materialların sayımını həyata keçirmək;
- İnventarizasiya zamanı, sayım dövriyyəsinə aid bütün sənədlərin yoxlanılmasını təmin etmək;
- Anbar neqativlərinin araşdırılması, stokda neqativ yaradan sənədin aşkar olunması ve neqativ stokun aradan qaldırılmasını icra etmək.
Tələblər:
- Təhsil : Ali təhsilli (İqtisadiyyat, maliyyə) olmalı
- Kompüter biliyi: MS Office proqramları
- Cins: Kişi
- Yaş həddi: 22-30
- Ezamiyyətlərə hazırlıqlı olmalı
- Analitik təhlil etmə qabiliyyəti
- Verilmiş tapşırıqları vaxtında icra etmək
- Problemləri operativ həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq
- Etibarlılıq, dəqiqlik və detallara diqqət yetirmə
İş şəraiti:
- İş yeri: Baş Ofis (Tbilisi pr.)
- İş rejimi: Tam
- İş saatı: I-V günləri 09:00-18:00, VI günlər 09:00-15:00
- Əmək haqqı: 400- 800 AZN
- Əlavələr: AR əmək məcəlləsinə görə sənədləşmə
- Nahar yeməyi şirkət tərəfindən verilir.