SOSİUM

04 Mart

Şahdağa 38 sm hündürlüyündə qar yağıb - FAKTİKİ HAVA

Martın 4-ü saat 11:00-a olan məlumata əsasən, bəzi yerlərdə şimşək çaxıb, arabir yağıntılı olub, Qrız, Xınalıq, Daşkəsən, Gədəbəy, Şahdağ, Sarıbaş (Qax), Ləzədə qar yağıb, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib. Səhər saatlarında Bakı şəhərinin bəzi ərazilərdə qısamüddətli yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, yağıntının miqdarl Kürmükçay İlisuda (Qax) 3.0 mm, Əyriçay Başdaşağılda (Oğuz) 23.0 mm, Şinçay (Şəki), Ləzədə (Qusar) 15.0 mm, Şahdağda 14.0 mm, Zaqatalada 13.0 mm, Xınalıqda 10.0 mm, Kişçayda (Şəki) 9.0 mm, Balakən, Oğuz, Şəkidə 8.0 mm, Sarıbaşda (Qax) 7.0 mm, Ağdərə (Ordubad), Şahbuzda 5.0 mm, Tovuzda 4.0 mm, Sədərək, Daşkəsəndə 3.0 mm, Qrız, Qəbələdə 2.0 mm, Naxçıvan, Şərur, Göygöl, Gəncə, Şəmkir, İsmayıllı, Mingəçevir, Şirvan, Qobustan, Quba, Qusar, Xaltan, Acınohur, Bərdə, Göyçay, Salyan, Lerik, Maştağada 1.0 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 38 sm, Qrızda 8 sm olub.