“Vətəndaşın pensiya, əməkhaqqı, müavinət almasından asılı olmayaraq “Müharibə veteranı” təqaüdünü ala bilər”.
Bu barədə DOST Agentliyinin DOST xidmətləri departamentinin direktor müavini Vasif Qəribov “Sosial saat” verilişində deyib.
Onun sözlərinə görə, müharibə veteranlarına Prezidentin aylıq təqaüdü (80 manat) verilməsi isə müddətsizdir: “Naxçıvan qeydiyyatında olan vətəndaşların da “Müharibə veteranı” statusu təsdiqlənib. Naxçıvan Dövlət Sosial Müdafiə Fondu kartları sifariş verdikdən sonra həmin şəxslər də təqaüdlərini ala biləcəklər”, – o deyib.