SOSİUM

02 Mart

ASAN 3.0 konsepti gerçəkləşdiriləcək, operatorsuz xidmət mərkəzi yaradılacaq

Azərbaycanda “Design Thinking” yanaşması əsasında ASAN xidmətlərin inkişafı çərçivəsində tam avtomatlaşdırılmış operatorsuz (self-service) pilot xidmət mərkəzinin yaradılması nəzərdə tutulur.

Bu, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2022-2024-cü illər üzrə Strateji planında əksini tapıb.

Qeyd edilib ki, bu, ASAN 3.0 konseptinə keçid sayılır.

Açıq mənbə (open source) proqram həllərinə keçidlə bağlı model formalaşdırılacaq. Həmçinin ASAN xidmətlərlə bağlı vətəndaşlara hazır sənədlərin səyyar çatdırılması modelinin işlənilməsi də nəzərdə tutulub.