SOSİUM

01 Mart

Qadınların hərbi məktəblərdə təhsil alması təklif edilir

Qadınlara ali hərbi məktəblərdə təhsil almaq imkanı yaradılması təklif edilir.

Bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb.

Belə ki, məruzdə qadınların təhsil və bərabərlik hüququnun təmin edilməsi məqsədi ilə onların xüsusiləşdirilmiş ali hərbi təhsil müəssisələrində təhsil almaq üçün müraciət etmək imkanlarının təmin olunması təklif edilir.

Həçinin məruzədə çağırışçıların hüquqlarının səmərəli qorunması baxımından, həmçinin Silahlı Qüvvələrin şəxsi heyətinin sağlamlığını daha səmərəli təmin etmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumlarında fəaliyyət göstərən Çağırış və Hərbi həkim komissiyalarına peşəkar mütəxəssislərin cəlb edilməsinə diqqətin artırılması və bu komissiyaların fəaliyyətinə nəzarətin gücləndirilməsi təklifi əksini tapıb.