SOSİUM

01 Mart

Nazirlik uşaqlarına ad qoymaqda çətinlik çəkən valideynlərə tövsiyə verib

Azərbaycanda uşaqlara ad qoymaqda çətinlik çəkən vətəndaşlara tövsiyə verilib.

Ədliyyə Nazilriyinin “Adın, ata adının, soyadın dəyişdirilməsi” mövzusunda bu gün keçirilən onlayn brifinqində nazirliyin əməkdaşı Nahid Səfərli bildirib ki, uşaqlara ad qoyulmasında çətinlik çəkən vətəndaşlar üçün Azərbaycan dilinin böyük izahlı lüğəti və Azərbaycan dilində şəxs adlarının izahlı lüğəti bütün qeydiyyat şöbələrində və icra hakimiyyətləri nümayəndəliklərində vətəndaşların istifadəsi üçün təmin edilib.

“Həmçinin Ədliyyə Nazirliyinin internet səhifəsində Azərbaycan adları barədə ətraflı məlumat yerləşdirib. Vətəndaşlar internet səhifəsindən adların mənası, ölkədə yayılma səviyyəsi, statistikası barədə ətraflı məlumat əldə edə bilərlər”, - deyə o bildirib.

Nazirlik rəsmisi vətəndaşlara öz övladlarına milli adlar qoymalarını tövsiyə edib. “Ola bilər ki, hansısa xarici ad həmin ölkədə normal səslənir, ancaq bizim dildə normal səslənmir, tələffüzü çətin olur və ya onun mənası yaxşı səslənmir. Bu isə həmin adı daşıyan şəxsin gələcəkdə gülüş mənbəyinə çevrilə bilməsinə səbəb olar. Hətta bəzi vətəndaşlar övladlarına çizgi filmlərindəki personajların adlarını verirlər. Bu səbəbdən tövsiyə edərdim ki, uşaqlarda milli adlara üstünlük versinlər”, - deyə o bildiri