SOSİUM

01 Mart

Uşaq evlərində yeni vəzifənin yaradılması təklif edilir

Azərbaycanda uşaq evlərində “sosial işçi” ştat vahidinin yaradılması təklif edilir.

Bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb.

Məruzədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 iyul tarixli, 172 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaq evlərinin rəhbər işçilərinin, pedaqoji, inzibati-təsərrüfat, tədris-köməkçi və xidmətedici heyətinin nümunəvi Ştatları” cədvəlinə “sosial işçi” ştat vahidinin əlavə edilməsi təklif edilir.