Ukraynada yaşayan azərbaycanlılar üçün qaynar xətt yaradılıb.
Bu barədə Fins.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Qeyd olunub ki, Dövlət Komitəsi Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar diaspor təşkilatları və diaspor fəalları ilə sıx əlaqədədir: "Ukraynada telefon və internet əlaqəsi kəsilmədiyi üçün soydaşlarımız arasında kommunikasiya mövcuddur. Ukraynada çoxlu sayda azərbaycanlıların yaşadığını nəzərə alaraq, Ukrayna Azərbaycanlıları Radasında operativ qərargah yaradılıb. Ukraynada, xüsusilə gərginliyin hökm sürdüyü bölgələrdə yaşayan soydaşlarımız hər hansı problem yaranacağı təqdirdə, +380442773489 telefon nömrəsi və
Qeyd edək ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi də Ukraynada daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib.