SOSİUM

24 Fevral

"Buta Airways" Bakı-Kiyev-Bakı marşrutu üzrə bugünki reysini ləğv edib

Ukraynanın hava məkanı hüdudlarında mülki təyyarələrin uçuşlarının məhdudlaşdırılması ilə əlaqədar Azərbaycanın "Buta Airways" aviaşirkəti Bakı-Kiyev-Bakı marşrutu üzrə bugünki reysini ləğv edib.

Şirkətdən "Fins.az"a verilən məlumata görə, bu marşrut üzrə bilet əldə etmiş sərnişinlər onları digər tarixlərə dəyişdirə və ya cərimə tətbiq edilmədən geri qaytara bilərlər.