SOSİUM

29 Sentyabr

Naxçıvanda orta aylıq əməkhaqqı 3,1% artıb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında bir işçiyə hesablanan orta aylıq əməkhaqqı 544,1 manat təşkil edib.

Naxçıvan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu göstərici 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,1% çoxdur.

Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında Muxtar Respublikada orta aylıq əməkhaqqı üzrə göstərici 540,8 manata bərabər olub.

Muxtar respublika üzrə orta aylıq nominal əməkhaqqının səviyyəsi ölkənin digər iqtisadi rayonları ilə müqayisədə daha yüksək olub.

© APA