Bu ilin yanvar–avqust ayları ərzində 17 813 nəfərə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.
Bu barədə Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentindən məlumat verilib. Qeyd edilib ki, onların 59,2%-ni kişilər, 40,8%-ni isə qadınlar təşkil edib.