“Rəqəmsal transformasiyanı həyata keçirə biləcək mütəxəssislərə ehtiyac var”.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Nizami Gəncəvi ili"nə həsr olunmuş “Post COVID -19 və 4-cü sənaye inqilabı perspektivlərində təhsilin dizaynı” mövzusunda beynəlxalq konfransda deyib.
O bildirib ki, hazırda əmək bazarında çağırışlar çox ciddidir: “Öz sahəsində işləyən ixtisaslı işçi qüvvəsinin sayı gözləntilərimizdən çox azdır. Əlbəttə, burada obyektiv səbəblər də var. Bizdə hələlik qeyri-formal, distant təhsilin iş yerində tam tanınmaması burada faktor rolunu oynayır. Ümumi məşğul əhalinin içində ixtisaslı işçi qüvvəsinin sayı azdır. Dövlətin icra etdiyi proqramlarda da bu, özünü göstərir”.