SOSİUM

22 Sentyabr

Financial Times: Azərbaycan əhalinin vaksinasiyası səviyyəsinə görə MDB-də liderdir - FOTO

Azərbaycanda koronavirusa qarşı mübarizədə ciddi uğurlar əldə olunub.

Bunu ölkəmizin COVID vaksinasiya sahəsində MDB-də lider mövqe tutması bir daha sübut edir.

Britaniyanın nüfuzlu “Financial Times” nəşrinin məlumatına görə, hazırda Azərbaycanda əhalinin hər 100 nəfərinə 80.2 doza peyvənd istifadə edilib.

Məlumata əsasən, ölkə sakinlərinin 46.3 faizi bir doza, 34 faizi isə hər iki doza peyvəndlə vaksinasiya olunub.

Qeyd edək ki, siyahıda Qazaxıstan ikinci, Rusiya isə üçüncüdür. Qonşu ölkələrdən Gürcüstan beşinci, Ermənistan isə sondan ikinci yerdə qərarlaşıb.