“Vaksinin iki dozasından 10 gün sonra bədən hərarətinin yüksək olması peyvəndlə bağlı deyil. Bunun başqa səbəblərini araşdırmaq vacibdir”.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov bildirib.
Onun sözlərinə görə, harada yoluxma sayı çoxdursa, orada virusun mutasiyaya uğraması şəraiti də yüksəkdir:
“Bunun üçün çox ölkələrdə peyvəndin bərabər paylanılmasına çalışılır ki, virus mutasiyaya uğramasın”.
O qeyd edib ki, pandemiyanın qarşısı alınmayana kimi yeni mutasiyaların olması da qaçılmazdır.