SOSİUM

15 Sentyabr

Hazırda Azərbaycanda epidemioloji vəziyyət necədir?

“Hazırda ölkədəki epidemioloji vəziyyət müsbət qiymətləndirilir”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, yoluxma sayı azalır:

“Sağalan insanların sayı yeni yoluxanların sayını üstələyib. Bu göstəricilər müsbət dinamikadan xəbər verir”.

O qeyd edib ki, statistik rəqəmlərə görə, yoluxmaların sayı əsasən Bakı şəhəri üzrədir.