Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlakçılar tərəfindən içkilər və tütün məmulatlarına 1,378 mlrd. manat xərclənib.
Bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 0,6% artıb.
Cari ilin təkcə avqust ayında sözügedən göstərici 174,7 mln. manat təşkil edib ki, bu da iyul ayı ilə müqayisədə 9,5% çoxdur.
Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 5,2%-i içkilər və tütün məmulatlarının alınmasına sərf olunub.