SOSİUM

08 Sentyabr

Azərbaycanda iki rayonda sel olub - FAKTİKİ HAVA

Azərbaycanda faktiki hava şəraiti açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti xəbər verir ki, sentyabrın 8-i saat 12:00-a olan məlumata əsasən, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.

Lənkəran-Astara və Balakən-Şəki zonasının bəzi yerlərində leysan xarakterli intensiv və güclü olub, yağan leysan yağışlar nəticəsində Əyriçay Başdaşağıl (Oğuz), Balakənçay və Talaçaydan (Zaqatala) sel keçib. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Düşən yağışın miqdarı Lənkəranda 71 mm (aylıq normanın 42 %-i), Astarada 59 mm (aylıq normanın 30 %-i), Lerikdə 40 mm (aylıq normanın 58 %-i), Kişçayda (Şəki) 39 mm (aylıq normanın 37 %-i), Şinçayda (Şəki) 32 mm (aylıq normanın 47 %-i), Yardımlıda 29 mm (aylıq normanın 37 %-i), Əyriçay Başdaşağılda (Oğuz) 27 mm (aylıq normanın 37 %-i), Şəkidə 25 mm (aylıq normanın 37 %-i), Qubada 20 mm (aylıq normanın 32 %-i), Zaqatalada 18 mm, Qusarda 14 mm (aylıq normanın 29 %-i), Sarıbaşda (Qax) 13 mm, Şahdağda 11 mm, Nabranda 10 mm, Balakən, Qrızda 7 mm, Xınalıqda 6 mm, Şabranda 5 mm, Xaltan, Şabran, Altıağacda 3 mm, Daşkəsən, Gədəbəy, Göygöl, Oğuz, Qəbələ, Şirvan, Göytəpə, Kəlvəz, Yevlaxda 1 mm-dək, Bakıda və Abşeron yarımadasında: Maştağada 2 mm, Binə, Bakıda 1 mm-dək olub.

Şimal-qərb küləyi arabir Naftalanda 28 m/s, Tərtər, Salyanda 25 m/s, Ağdamda 22 m/s, Neftçala, Hacıqabul, Şirvanda 20 m/s, Gəncədə 18 m/s, Şəmkir, Şabran, Xaçmazda 16 m/s güclənib.

Bakıda 28 m/s, Sumqayıtda 25 m/s, Ələtdə 24 m/s, Qum adasında 23 m/s, Binədə 21 m/s, Pirallahıda 20 m/s, Maştağa, Çilov adası, Neft Daşlarında 19 m/s-dək güclənib, Neft daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4,2 metrə çatıb.