Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə sentyabr ayının pensiyaları ödənilib.
Fonddan Fins.az-a verilən məlumata görə, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisnadır.