“Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” I xətt Magistral Qaz Kəmərində görüləcək təmir işləri ilə əlaqədar 25.08.2021-ci il tarixdə saat 15:00-dan 26.08.2021-ci il tarixədək 2 (iki) gün müddətində “Tovuz”, “Ağstafa” və “Köçəsgər” QPS-lərdən qidalanan əhali və sənaye qrup istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə Fins.az-a "Azəriqaz"-dan məlumat verilib.
Məlumata görə,təmir müddətində Tovuz şəhəri və rayonun 15 yaşayış məntəqəsi, həmçinin Ağstafa rayonunun tam olaraq (Ağstafa şəhəri və rayonun 33 yaşayış məntəqəsi) qaz təchizatının 2 gün müddətinə məhdudlaşdırılması gözlənilir. Abonentlərdən anlayışlı olmalarını xahiş edirik. Görülən işlər soyuq aylarda mavi yanacağın davamlı şəkildə verilməsinə şərait yaradacaq.