SOSİUM

24 Avqust

Bakıda maaşlar artıb

Bakı şəhəri üzrə muzdla çalışan şəxslərin orta aylıq nominal əməkhaqları açıqlanıb.

Bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.

Bildirilib ki, ilkin məlumatlara əsasən, 2021-ci ilin yanvar-iyun aylarında işçilərin orta aylıq nominal əməkhaqqı 942,3 manat olub. 

Əvvəlki ilə nisbətən orta aylıq nominal əməkhaqqı 1,8 faiz artıb.