Bakı Nəqliyyat Agentliyi yollarda bu saata olan vəziyyəti açıqlayıb.
Fins.az xəbər verir ki, hazırda Bakı – Sumqayıt şossesi (Xırdalan dairəsi istiqamətindən başlayaraq, “Avtovağzal” metro stansiyasının yaxınlığına qədər, “20 Yanvar dairəsi”) istiqamətində sıxlıq müşahidə olunur.
Binəqədi şosesi – (Əsasən, Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər) şəhər istiqamətində sıxlıq müşahidə olunmaqdadır. Sıxlıq başlayan hissədə heç bir küçə kəsişməsi yoxdur.
Ziya Bünyadov prospekti – əsas yol (Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq, DİN Hospitalın qarşısına qədər olan hissə, “20 Yanvar dairəsi” istiqaməti) üzrə sıxlıq müşahidə olunur. Səbəbi isə yol – nəqliyyat vasitələrinin çoxluğudur.
Tbilisi prospekti – əsas yol - “20 Yanvar dairəsi”ndən başlayaraq, əsasən, Abdulvahab Salamzadə küçəsi ilə kəsişməyə qədər, şəhər istiqamətində sıxlıq müşahidə olunur.