SOSİUM

18 Avqust

ABŞ “Taliban”a qarşı iqtisadi sanksiyalar tətbiq etməyə hazırlaşır

ABŞ hökuməti Əfqanıstan dövlətinin Amerikadakı bank hesablarında saxladığı dövlət ehtiyatlarını dondurub.

Bu barədə “The Washington Post” nəşri məlumat yayıb.

Qeyd olunur ki, qərar ABŞ-ın maliyyə naziri Canet Yellen tərəfindən ABŞ Dövlət Departamenti ilə aparılan məsləhətləşmərdən sonra qəbul edilib.

Həmçinin ABŞ hakimiyyəti “Taliban”a qarşı əlavə iqtisadi sanksiyaların tətbiq oluna biləcəyini də rəsmən elan edib.