“2868 şəhidin 7600-dən artıq vərəsəsinə vərəsəlik şəhadətnaməsi təqdim olunub və həmin şəxslərə birdəfəlik ödəmənin verilməsi təmin olunub”.
Fins.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin məsləhətçisi Zaur Həsənov deyib.
O, bildirib ki, vərəsələrin işini rahatlaşdırmaqdan ötrü notariuslar tərəfindən onların olduğu yer üzrə vərəsəlik şəhadətnamələrinin verilməsi təmin olunub.
“Bu xidmət üçün heç bir rüsum alınmayıb və bütün proses notariusların öz vəsaiti hesabına həyata keçirilib”, - Zaur Həsənov bildirib.
© Report