Bu ilin birinci yarımilində yeni doğulan oğlan və qız uşaqlarına ən çox qoyulan adlar açıqlanıb.
Bunu “Ədliyyə xidmətləri: qeydiyyat və notariat orqanlarının fəaliyyəti” mövzusunda keçirilən onlayn brifinqdə Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova bildirib.
O qeyd edib ki, bu ilin I yarımilində ən çox qoyulan oğlan adları Əli, Yusif, Uğur, Hüseyn, Məhəmməd, qız adları isə Zəhra, Zeynəb, Məryəm, Aylin və Mələkdir.