SOSİUM

05 İyul

Xaricə gedənlərə MÜRACİƏT EDİLDİ

Səhiyyə Nazirliyi səyahət edən vətəndaşlara müraciət edib.

Modern.az xəbər verir ki, Səhiyyə Nazirliyinin yaydığı müraciətdə deyilir:

“İnsanlar hava limanlarında və təyyarələrdə səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş qaydalara ciddi şəkildə riayət etməlidirlər. Hərarətin ölçülməsi, maska, sosial məsafəni qorumaq, lazım olduqda üzlük və əlcək istifadə etmək, kabin içərisində əl çantaları xaricində əşyalar götürməmək kimi qaydalara əməl olunmalıdır”.

Bildirilib ki, paylanılan gigiyena dəstləri səyahət zamanı istifadə üçündür:

“Yoluxma riski insanın başqaları ilə nə qədər yaxın təmasda olduğu ilə artır. Uçuşlar zamanı yaxın təmas və uzun söhbətlələrdən çəkinmək tövsiyə olunandır. Bir çox ölkədə yayılmış COVID-19 yeni ştamlarının ölkə ərazimizə daxil olmaması məhz bizim əlimizdədir. Ölkəmizi qorumağa özümüzdən başlayaq”.