Ötən il Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında bir işçiyə hesablanan orta aylıq əməkhaqqı 535,8 manat təşkil edib.
Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Econonics"ə verilən məlumata görə, bu göstərici 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 10,5% çoxdur.
Xatırladaq ki, ötən ilin yanvar-noyabr aylarında Muxtar Respublikada orta aylıq əməkhaqqı üzrə göstərici 531,7 manata bərabər olub.
Muxtar respublika üzrə orta aylıq nominal əməkhaqqının səviyyəsi ölkənin digər iqtisadi rayonları ilə müqayisədə daha yüksək olub.