SOSİUM

11 Fevral

Nazirlik dumanlı hava ilə bağlı MƏLUMAT YAYDI

“Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur”.

Bunu  Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova deyib. O bildirib ki, arabir güclənən cənub-şərq küləyinin üstünlüyü yerüstü təbəqədə havanın temperaturunun aşağı düşməsinə və inversiya yaranmasına səbəb olub: "Bu da dumanın əmələ gəlməsinə  şərait yaradır. Fevralın 11-12-də fasilərlə duman olacağı gözlənilir”.