2021-ci ilin yanvar ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 1 612 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində (telefon: (+99412) 599-12-22) 654 zəng qəbul edilib.
Ötən ay BŞTİ-yə 753 sənəd (vətəndaşlar tərəfindən 188 ərizə, Təhsil Nazirliyindən 82, digər qurumlardan 171, məktəblərdən 237 məktub, 25 strukturdaxili yazışma və 50 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 205 elektron müraciətə baxılıb.
Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, işə qəbul, şagird yerdəyişməsi, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, informasiya təminatı və digər məsələləri əhatə edib.