2020-ci ildə Bakı şəhəri üzrə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 4 milyard 315 milyon manat olub.
Bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.
Paytaxt üzrə göstərilən ödənişli xidmətlərin həcmi 2019-cu illə müqayisədə real ifadədə 29,6 faiz azalıb.
Bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 424,5 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 56,2 faizini təşkil edib.