SOSİUM

13 Yanvar

SOCAR-ın bu idarəsinin işçiləri əmək haqlarının 10 faizini “Yaşat” Fonduna köçürüb

Bakı, 13 yanvar Fins.az

SOCAR-ın Geofizika və Geologiya İdarəsinin əməkdaşları “YAŞAT” Fonduna (şəhid ailələrinin üzvləri, qazilər, hazırda döyüş bölgəsində olanlar istisna edilməklə) 2020-ci ilin dekabr ayı üzrə  vəzifə maaşlarının 10%-i həcmində maliyyə yardımı göstərilməsini məqsədəuyğun hesab etmişdir. “YAŞAT” fondunun hesabına 61.925 manat vəsait köçürülüb.

Fins.az xəbər verir ki, 2020-ci il ərzində Geofizika və Geologiya İdarəsi tərəfindən  COVID-19-la mübarizə çərçivəsində Koronovirusla Mübarizəyə Dəstək Fonduna və  Silahlı Qüvvələrə dəstək fonduna da vəsait köçürüblər. Ötən il ərzində ümumilikdə fondlara 140 min manata yaxın vəsait köçürülüb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin fərmanına əsasən ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu - “YAŞAT” Fondu yaradılıb.