SOSİUM

18 Noyabr

Azərbaycanda avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımaları azalıb

Bakı, 18 noyabr Fins.az 

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 91,9 mln. ton yük, 943,1 mln. sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə göstəricilər üzrə müvafiq olaraq 27% və 36% azalma qeydə alınıb.

Məlumata görə, sərnişinlərin 96,2%-i avtobus, 3,8%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.