Bakı, 18 noyabr Fins.az
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə 537,4 min və ya ötən ilin mevafiq dövrü ilə müqayisədə 76,6% az sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, daşımaların 99,4% dövlət, 0,6% isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
“Bu nəqliyyat növü ilə yükdaşıma 2,3 dəfə artaraq 358,7 min ton olub”, - məlumatda qeyd edilir.