Bakı, 17 noyabr Fins.az
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-sentyabr ayları ərzində 95 399 doğulan körpə qeydə alınıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, əhalinin hər 1000 nəfərinə bu göstərici 12,8 təşkil edib. Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Körpələrdən 2 548-i əkiz, 84-ü üçəm, 4-ü isə dördəm doğulanlardır.