“Sosial xidmət sahələrinin əməkdaşlarının daşınmasına görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsuliyyət daşıyır”.
Fins.az-ın verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, bu məsələni nazirlik həll edəcək: “Digər işə çıxan şəxslər fərdi avtomobillərindən istifadə edəcəklər. Hər hansı qurum işçilərinin daşınmasını təmin edə bilməsə, Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilər”.