Dövlət Miqrasiya Xidmətinin Bakı, Gəncə və Lənkəran regional miqrasiya idarələrinin fəaliyyəti 5 iyun saat 14.00-dan 8 iyun saat 9.00-a kimi məhdudlaşdırılır.
Bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Bildirilir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrini rəhbər tutaraq göstərilən müddətdə müraciətlər yalnız elektron qaydada DMX-nin rəsmi internet saytı (migration.gov.az) və yaxud MİGAZ mobil tətbiqi üzərindən qəbul olunacaq.Vətəndaşlar onları maraqlandıran sualları Xidmətin rəsmi internet saytındakı onlayn bələdçi vasitəsilə ünvanlaya bilər.