SOSİUM

03 İyun

Yağış yağacaq, dolu düşəcək, temperatur aşağı enəcək – NAZİRLİKDƏN XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə bir neçə gün davam edən isti hava şəraitindən sonra iyunun 3-ü axşamdan 6-sı gündüzədək  Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s, iyunun 4-də yarımadanın bəzi yerlərində isə arabir 25 m/s-dək güclənəcəyi gözlənilir ki, bunun nəticəsində də havanın temperaturu  ötən günlərlə müqayisədə 5 dərəcəyədək aşağı enəcək.

İyunun 4-də Azərbaycanın bəzi şimal və qərb rayonlarında, 5-i axşam və 6-da isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.