Azərbaycanda hakimlər, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının əməkdaşları üçün yetkinlik yaşına çatmayanlarla davranış qaydalarının hazırlanması və təlim proqramlarının həyata keçirilməsi nəzərdə tutulur.
Fins.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nda öz əksini tapıb.
Eyni zamanda qəyyumluğa, himayəyə, habelə övladlığa götürülmüş uşaqların mərkəzləşdirilmiş məlumat bazasının yaradılması, çətin həyat şəraitində olan, əməyə cəlb edilən və cinsi istismara məruz qalan uşaqların aşkar edilməsi məqsədilə monitorinq mexanizminin yaradılması, bu istiqamətdə aidiyyəti dövlət orqanlarının (qurumlarının) əməkdaşları üçün təlimlər keçirilməsi nəzərdə tutulub.