SOSİUM

02 İyun

Bu il Azərbaycanda 48 minə yaxın doğum qeydiyyata alınıb

Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən cari ilin 5 ayı ərzində 48 minə yaxın doğum dövlət qeydiyyatına alınıb.

Fins.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində BMT-nin Uşaq Fondu (UNİCEF) ilə birgə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Uşaqların ədliyyə sisteminə çıxışı" mövzusunda videokonfrans formatında keçirilən görüşdə bildirilib.

Qeyd olunub ki, o cümlədən qeydiyyatdan kənarda qalmış uşaqlar müəyyən olunaraq onlara və səyyar qaydada tibb müəssisələrində ümumilikdə 700-ə yaxın doğum haqqında şəhadətnamə verilib.

Qeyd edək ki, sözügedən tədbirdə Ədliyyə, Daxili İşlər, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Baş Prokurorluğun, Ombudsman Aparatının məsul şəxsləri, hakim, Vəkillər Kollegiyasının nümayəndəsi, UNİCEF-in Azərbaycandakı ofisinin proqram rəhbəri və vətəndaş cəmiyyətinin üzvləri iştirak ediblər.